Yolumuz Qarabağadır!

“Yolumuz Qarabağa” layihəsi, Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad etdiyi ərazilərə səfərlərin təşkilini ehtiva edir. İlkin olaraq Ağdama və Şuşaya səfərləri nəzərdə tutan sistemdə, daha sonra digər işğaldan azad edilən bölgələrə də səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sistemdə vətəndaşlar “ASAN login” sistemi vasitəsilə login olduqdan sonra, bilet alışı üçün istiqamət seçimi edir, səfər tarixini seçir və səfərdə neçə nəfərin iştirak edəcəyini qeyd edir. Bundan sonra, vətəndaşlar mövcud reyslərdən hər-hansı birini seçərək, növbəti səhifəyə yönləndirilir. Növbəti səhifədə, vətəndaş imeyl ünvanını, şəxsiyyət vəsiqəsinin seriyasını, fərdi identifikasiya nömrəsini və mobil nömrəsini daxil edir. Bu zaman, şəxsin məlumatları müvafiq informasiya sistemlərindən yoxlanılır, şəxsin şəhid ailəsi olub olmaması, eyni zamanda, COVİD 19 vaksin və ya immunitet məlumatları yoxlanılır. Qeyd edək ki, sistem, şəhid ailəsinin üzvlərinə bir dəfə səfərdən ödənişsiz olaraq istifadə imkanını təmin edir. Növbəti səhifədə, vətəndaş nəqliyyat vasitəsinin məlumatları və hazırda aktiv və alınmış yerlərlə tanış olur. Aktiv yerlərdən birinin üzərinə klikləyərək, səfər edəcək şəxsləri seçir. Növbəti səhifədə, seçilmiş məlumatlarla tanış olduqdan sonra, ödəniş mərhələsinə keçid edilir.

Ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilir. Ödəniş uğurlu olduqdan sonra, vətəndaş portala yönləndirilir və bilet məlumatları ilə tanış olur. Bilet məlumatları həm endirilə, həm də çap edilə bilər.